"Qarabağ" - "Ayaks" oyunu bu kanalda yayımlanacaq

"Qarabağ" klubu bu gün Çempionlar Liqasının Liqa mərhələsində 6-cı turun oyununa çıxacaq. Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda Niderland "Ayaks"ını qəbul edəcək. 

Manset.az xəbər verir ki, "Qarabağ" - "Ayaks" oyunu İctimai Televiziyada yayımlanacaq. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Həmin vaxtda "CBC Sport" telekanalı "Vilyarreal" – "Kopenhagen" matçını göstərəcək.