"Qarabağ" Çempionlar Liqasında ən çox qayda pozan komandadır

"Qarabağ" UEFA Çempionlar Liqasının ən çox qayda pozan komandasıdır.

Teleqraf xəbər verir ki, "köhlən atlar"ın futbolçuları geridə qalan 6 tur ərzində ümumilikdə 94 dəfə rəqibə qarşı kobud oynayıblar.

Təmsilçimizin üzvləri kobudluğa görə hakimlər tərəfindən qırmızı vərəqə ilə cəzalanmasalar da, 7 dəfə sarı vərəqə görüblər.

Ağdam təmsilçisi həmçinin ən az qayda pozuntusuna məruz qalan komandadır. Qurban Qurbanovun oyunçularına qarşı 37 dəfə faul olunub.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu yanvarın 21-də, Bakıda Almaniyanın "Ayntraxt Frankfurt" klubuna qarşı keçirəcək.