Salah: Sanki klub məni avtobusun altına atıb

“Mohamed Salah, "Fənərbaxça"ya gəl!

"Fənərbaxça"nın keçmiş rəhbərlərindən və prezidentliyə namizəd olmuş Hakan Bilal Kutlualp, "Liverpul"dan ayrılması gözlənilən Mohamed Salah üçün çağırış edib.

Sherg.az xəbər verir ki, İngiltərə Premyer Liqasının nəhəngi "Liverpul"da Salah böhranı dərinləşir.

Təcrübəli futbolçu açıq şəkildə narazılığını bildirərək deyib:

“İnanmıram, böyük məyusluq yaşayıram. Bu klub üçün çox şey etdim, bunu hər kəs gördü. Ehtiyatda oturmağımın səbəbini bilmirəm. Sanki klub məni avtobusun altına atıb. Arne Slot ilə münasibətlərimiz yaxşı idi, bir anda pozuldu. Elə bil ki, klubda biri məni istəmir. Yay boyunca klub mənə çox vədlər verdi, amma heç biri yerinə yetirilmədi.”

Bu açıqlamalar Salahın "Liverpul" karyerasının sonuna yaxınlaşdığına işarə kimi qiymətləndirilir.

"Fənərbaxça"nın keçmiş rəhbəri Hakan Bilal Kutlualp sosial media hesabında Salahı İstanbul klubuna çağırıb.

O, paylaşımında belə yazıb:

“Mohamed Salah, "Fənərbaxça"ya gəl! Futbolun əsl ehtirasını yaşa və burada səni gözləyən sevgini hiss et.”