Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında xal itirib

Türkiyə Super Liqasında XV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib.

“Alanyaspor” öz meydanında “Antalyaspor”u qəbul edib. Görüş qol vurulmadan - 0:0 hesabı ilə başa çatıb.

Turun digər matçında isə “Beşiktaş” doğma azarkeşləri önündə “Qaziantepspor”la qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda 4 qol qeydə alınıb. Lakin qalib müəyyənləşməyib və qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.