Ali məktəblərə imtahansız qəbul olmaq istəyən 14 mindən çox subbakalavr qeydiyyatdan keçdi


“Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən 14612 subbakalavr qeydiyyatdan keçib”.


Bunu APA -ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib. O bildirib ki, subbakalavrların elektron ərizələrinin qəbulu bu gün başa çatıb.
Qeyd edək ki, elektron ərizə qəbulu 2019-cu il iyunun 13-dən başlayıb. İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.