“Təəssüf ki, tikinti normaları çox ciddi şəkildə pozulur. Tikinti şirkətləri tikinti qaydalarına əməl etmir. Qaydalar gözəldir, ancaq onlara əməl edilməyəcəksə, heç bir faydası olmayacaq”
“Ötən əsrdə inşa edilmiş yaşayış binalarına baxın, demək olar hamısının geniş həyəti, ağacları, uşaqlar üçün oyun meydançaları var. Amma indikilər ancaq “göydələn”dir”
Tikinti şirkətlərinin qarşısına qoyulacaq yeni tələb çoxmərtəbəli binalar inşa edilərkən ərazinin 40, müstəsna hallarda 30 faizinin yaşıllıq olmasıdır. Bu barədə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. Yeni qaydalar bütün tikinti şirkətlərinə şamil ediləcək. Tikinti şirkətləri qaydalara əməl edəcəkmi? Bugünkü vəziyyəti görəndə adamın heç inanmağı gəlmir. Dünən sosial şəbəkədə paytaxtda aparılan eybəcər tikintilərdən birinin fotosu yayılıb. Fotonu “Şərq” qəzetinin redaktoru Anar Bayramoğlu paylaşıb:- Gördüyünüz bu bina Xırdalanda səkidən 1 metr aralı tikilir. Sağı, solu, arxası da hündürmərtəbəli binalardır. Bina tam başa çatanda, arxada görünən binanın sakinləri gün üzünə həsrət qalacaqlar. O arxada görünən binanın da o biri tərəfində də hündürmərtəbəli binalar var. Binalar arasından bir maşın zorla keçir. Tam bir xaosdu. Ay başına dönüm, belə də tikinti olar? Başınıza yer qəhətdi? Nə maymak idarəçilər, memarlar, şəhər təsərrüfatı var. Həsənsoxdu dəyirmanına döndərirlər, yetər ki ciblərinə pul gəlsin. Foto geniş müzakirələrə səbəb olub.
Sevil Gultən: Bəs deyirlər bizdə şəhərsalmaya nəzarət edən qurum var?
Anar Bayramoğlu: Görünən odur ki yoxdur...
Elçin Bayramlı: “Pazor”du ey, “pazor”. O binalarda ev almaq axmaqlıqdı. Əgər hamı ağıllı olsa, orada ev almasa, belə eşşəklik edə bilməzlər.
Anar Bayramoğlu: Haqlısan. Amma sən o tikilməkdə olan binadan ev tapa bilməzsən, hamısı satılıb.
Elçin Bayramlı: Onda elə düz edirlər onlara.
Səbuhi Axundov: Akif müəllim, nətəri işləyirsə, Xırdalanı tikə-tikə gedirlər. Adam qabağına məqsəd qoyub ki, tikilməyən yol kənarı qalmayacaq.
Səbuhi Axundov: Bir dənə yolları qayranmellar. Niyə qayranmerlər onu bilmirəm.
Samirə Əhmədova: Ordan ev alanın ağlı yoxdu axı.
Vüsal Yusubov: Qardaş, sən haqlısan, dəhşətdi, bu binada necə yaşayasan?
Natiq Cavadlı: Həsənsoxdu dəyirmanına çeviriblər ölkəni.
Aynil Camal: Bizim ev təmirsiz nə gündədi, amma anam satıb əsla belə yerdən ev almaq istəməyib heç vaxt…
Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova isə bu fikirdədir ki, yeni tələblərə əməl edilsə, şəhərin ümumi görünüşü də nümunəvi olar: Təəssüf ki, tikinti normaları çox ciddi şəkildə pozulur.
Tikinti şirkətləri tikinti qaydalarına əməl etmir. Paytaxtdakı yeni tikililərin bir çoxunun nə həyəti var, nə yaşıllıq sahəsi.O binalarda mənzil alanlar istarahət etmək üçün binanın həyətindən deyil, kənar ərazilərdəki parklardan istifadə etmək məcburiyyətində qalır. Ötən əsrdə inşa edilmiş yaşayış binalarına baxın, demək olar hamısının geniş həyəti, ağacları, uşaqlar üçün oyun meydançaları var. Amma indikilər ancaq “göydələn”dir. Binaların bir-birinə çox yaxın, hətta deyərdim ki, çox sıx məsafədə inşa olunması sakinləri aldatmaqdır. Bir mənzilə ki, gün işığı düşmür, hava axını dövran eləmir, o mənzildə yaşamaq xəstəlikdən başqa bir şey deyil. Qaydalar gözəldir, ancaq onlara əməl edilməyəcəksə, heç bir faydası olmayacaq.
Qardaş, bu binada necə yaşayasan ?
- BİABIRÇILIQ
16:18 18.07.2019
Gündəm
1051

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şeyxin bu qərarı Ermənistanda qorxu yaratdı – “hücum” başladı
10:53 24.05.2025
Gündəm
Köçəryan Moskvaya çağırıldı – Kreml qəti addım atır?
10:43 24.05.2025
Siyasət
Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - TƏHLİL
10:32 24.05.2025
Gündəm
Azərbaycan nefti bahalaşıb
10:17 24.05.2025
İqtisadiyyat
ABŞ Suriyaya qarşı sanksiyaları 180 gün müddətinə dayandırıb
09:57 24.05.2025
Dünya
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:36 24.05.2025
Dünya
TDT daha böyük zirvələrə qalxa bilər - GÜNDƏM
09:17 24.05.2025
Gündəm
ABŞ elektrik enerjisi istehsalını dörd dəfə artırmağı planlaşdırır
08:54 24.05.2025
Dünya
Rusiyanın Cənubi Qafqazda gizli oyunu üzə çıxdı - ŞƏRH
08:30 24.05.2025
Siyasət
Yunanıstanın silahları ermənilərin sonunu tezləşdirəcək - ŞƏRH
07:26 24.05.2025
Siyasət
“Putinlə Zelenskinin görüşü hazırlanır” - XİN
06:53 24.05.2025
Dünya
Mütaliəsiz nəsil yetişir - Parlamentdə həyəcan
06:37 24.05.2025
Gündəm
Ahmet Kuralın ailəsində xoş xəbər
05:55 24.05.2025
Şou
Ronaldo İspaniya klubundakı payını satdı
04:37 24.05.2025
İdman
Zaqatalada 68 yaşlı kişini maşın vurub
03:44 24.05.2025
Hadisə
“Napoli” İtaliya A Seriyasının çempionu olub
02:06 24.05.2025
İdman
Rusiya Kiyevə kamikadze dronlarla hücum edib: yaralananlar var
01:39 24.05.2025
Hadisə
Yer kürəsində həyatın yoxa çıxacağı vaxt hesablanıb
01:23 24.05.2025
Maraqlı
Bu kəndlərin Azərbaycana qaytarılmasından 1 il ötür
00:53 24.05.2025
Gündəm
Avropa çempionatı: Azərbaycanın 3 cüdoçusu qızıl medal qazandı
23:51 23.05.2025
İdman
Odessa iki "İsgəndər"lə vuruldu: ölənlər və yaralılar var
23:35 23.05.2025
Dünya
Ertan Saban məşhur serialda
23:29 23.05.2025
Şou
Pakistan hava məkanının bağlanmasını iyunun 24-dək uzadıb
23:17 23.05.2025
Dünya