Yay aylarının sevimli qidalarından olan qarpızın çəyidəyinin faydası onun özünü geridə qoyur.
Lent.az xəbər veri ki, bu gilmeyvənin çəyirdəyinin faydasını bilənlər onları atmır.
Belə ki, qarpız çəyirdəyinin tərkibində olan protein qatığı üstələyir.
Bəs qarpız çəyirdəyi necə istifadə olunur və faydaları nələrdir? Qarpız çəyirdəyinin çayı necə hazırlanır?
Qarpız özü orqanizmdəki maye axınını tənzmiləyir və cildin nəm qalmasını təmin edir.
Qarpızın dənələrində isə maqnezium, dəmir, A, B və C vitaminləri var.
Çəyirdəyi protein baxımından çox zəngindir.
Qarpız çəyirdəyindəki maddələr təzyiqi tənzimləyir, ürəyin tac damar xəstəliyinin yaranmasının qarşısını alır.
Tərkibindəki liflər sayəsində həzm sisteminə müsbət təsir edən çəyirdəklər xolestrolu da azaldır.
Qarpız toxumları nə qədər fayadalı olsa da, çoxumuz onu udmaq istəmirik.
Qarpız çəyirdəklərini udmaq istəməyənlər onları əvvəlcə qurudub, sonra blenderlə toz halına sala bilərlər. Əldə olunan tozdan çay hazırlayıb içmək mümkündür. Qədim dövürlərdə bu cür hazırlanan çaydan böyrək daşlarını salmaq üçün istifadə olunub.