Kərbəlada ölən axundun nəşi Bakıya gətiriləcək

İraqda ölən azərbaycanlının oktyabrın 31-də Azərbaycana gətiriləcək.

Bunu Lent.az -a mərhum Davər Yusifovun axund olduğu İmişli rayonu, Sarıxanlı kəndinin bələdiyyə sədri deyib.

Rza Əzizovun sözlərinə görə, mərhumun ailə üzvləri bu gün onun nəşini gətirmək üçün İraqa yollanıblar: "Davər Yusifovun meyiti bu həftənin 4-cü günü gətiriləcək. Bu gün onun ailə üzvləri təyyarə ilə İraqa yola düşdülər. Davərin 3 qızı, 1 oğlu var".

Qeyd edək ki, Kərbəla ziyarətində əvvəlcə itkin düşdüyü, sonra sıxlıqda həyatını itirdiyi deyilən Davər Yusifov İmişli rayonu, Sarıxanlı kəndinin axundu idi.