Fədayə Laçın azadlığa çıxdı: "Evimdəyəm" - FOTOLAR

Müğənni Fədayə Laçın bu gün azadlığa çıxıb. Bu barədə ifaçının müğənni bacısı İlahə Fəda deyib.

O, bildirib ki, bacısı Fədayə Laçın 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Azadığa çıxması barədə xəbəri Lent.az -a açıqlamasında müğənni özü də təsdiqləyib. O, deyib ki, bu gün səhər saat 8.30-da azadlığa buraxılıb. Hazırda Buzovnada evində olduğunu vurğulayıb:

"Səhər saat 09:00-da çıxdım, məni qarşılamağa heç kim gəlməmişdi, indi anamgilə gedirəm".

Qeyd edək ki, F.Laçın Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə, 2017-ci ilin oktyabrın 30-da həbs edilmişdi. O, cəzasını 2 il çəkib.