Millət vəkili gülüş doğuran VİDEOSUNDAN danışdı: "Mənim çıxışım deyil"

Millət vəkili Xahhüseyn Kazımlının Milli Məclisin komitə iclasındakı çıxışı yenidən paylaşılıb və sosial şəbəkələrdə ciddi müzakirə və gülüş obyektinə çevrilib.

Məsələ ilə bağlı Axar.az-a danışan Xanhüseyin Kazımlı belə bir çıxışı olmadığını iddia edib. Millət vəkili ümumiyyətlə yayılan videoda özünün olduğunu belə inkar edib:

“Mənim çıxışım olmayıb axı, yalan-yalan yazırlar. Yəqin səhv salmısınız”.

X.Kazımlı sözügedən video ilə bağlı mətbuat konfransı keçirəcəyini də bildirib.

Qeyd edək ki, bu il mayın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” (ikinci oxunuş) qanun layihəsi müzakirə edilib. İclasda komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Tahir Mirkişili, Aydın Hüseynov çıxış edərək 2018-ci ilin büdcəsinin icra göstəricilərindən danışıblar.

Xanhüseyn Kazımlının bu çıxışı da 5 ay öncə Yutub sosial şəbəkəsinə yerləşdirilmişdi. Ancaq maraqlıdır ki, bu gün sözügedən video şəbəkədən silinib, əvəzində isə ötən gün yenidən yüklənən videolar paylaşılmaqdadır.