Nazirlik Oqtay Gülalıyevi nəzarətə götürdü: Hüquq müdafiəçisi müalicə olunur

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi gecə saatlarında vurulduğu avtomobilin sürücüsü Kliniki Tibbi Mərkəzə gətirib.

Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar:

"Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisələrindən birinə köçürüblər.

O.Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır".