Tağıyevin qohumu ilk dəfə Azərbaycana gəlib

Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan qohumu Alban Klod Bakıya gəlib.

Virtualaz.org-un Milli Azərbaycan Tarixi Muzeyinə istinadən məlumatına görə, məşhur milyonçunun ikinci oğlu Sadıxın kötücəsi olan A.Klod ilk dəfədir Azərbaycana səfər edir.

Qeyd edək ki, A.Kold ilə noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində görüş keçiriləcək. İxtisasca tarixçi olan Alban Klod qədim dövr tarixinin tədqiqi ilə məşğuldur.

O, artıq məşhur qohumunun məzarını ziyarət edib.

Fransaya iki gündən sonra qayıdacaq.