"Azərsu" "qışa hazırıq" deyir: Su problemi olmayacaq

"Azərsu" ASC qış mövsümünə hazırdır. Bu barədə Sherg.az-a qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. 

Cəbrayıllının sözlərinə görə, "Azərsu"da qış rejiminə keçidlə bağlı bütün lazımi hazırlıq işləri görülüb:

"Demək olar ki, "Azərsu" ASC-i qışa tam hazırdır. Hər il olduğu kimi bu il də kanalizasiya xətləri yenilənib, mövcud infrastruktur yoxlanılıb. Hər şey qaydasındadır. Vətəndaşların su təchizatında heç bir problem olmayacaq".

Kənan Novruzov