Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus ilə bağlı əhaliyə tövsiyyələrini verib.
Özünüzü və başqalarını xəstəlikdən qoruyun
• Əllərinizi yuyun
• öskürdükdən və asqırdıqdan sonra
• xəstələrə qulluq edərkən
• yemək hazırlayərkən, əvvəl və sonra
• yeməkdən əvvəl
• tualet istifadəsindən sonra
• əllər vizual olaraq çirkli göründükdə
• heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra
Əllərinizi yuyun
• Əllər vizual olaraq çirkli göründükdə
onları axar su və sabun ilə yuyun
• Əlləriniz çirkli deyilsə, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin
Başqalarını xəstələnmədən qoruyun
• Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün
• İstifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın
• Xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun
Özünüzü xəstələnməkdən qoruyun
Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin
Qida təhlükəsizliyini tətbiq edin
Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin
Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun
Qida təhlükəsizliyini tətbiq edin
Xəstə və ölü heyvanlar yeyilməməlidir