Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərdə ölkə üzrə saat 15:00-dək olan seçici fəallığına dair məlumatı açıqlayıb.
MSK Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov hesabat saatınadək respublika üzrə seçicilərin 2 milyon 905 min 89 nəfərinin səs verdiyini bildirib. Seçici fəallığı 39,23 faiz təşkil edib.
Qeyd edək ki, Milli Məclisə seçkilərin səsvermə mərhələsi bu gün saat 08:00-da başlayıb. Səsvermə saat 19:00-da başa çatacaq. MSK Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzi tərəfindən səsvermədə seçici fəallığına dair növbəti məlumat saat 17:00 və saat 19:00-da açıqlanacaq. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.