Son dəqiqə: İtaliyada Koronavirus üçün bütün evlərə eyni yazı asılır - Tutto Andra Bene! 


Koronavirusun ən sürətli yayıldığı ölkədəki bir qrup tibb bacısının Facebookdan paylaşdığı mesaj, anında dünyada gündəm olub.

İtaliyada bütün evlərin pəncərələri və balkonlarına eyni yazı asılır: Tutto Andra Bene!  İngiltərədə isə hökumətin atdığı addımları yerdən - yerə vuran qəzetlər, böyük bir qumar oynandığını ifadə edir. Dünyanın əksinə olaraq Covid-19-un idarəli bir şəkildə yayılmasını istəyən London rəhbərliyinin məqbul ən pis ssenarisinə görə, 66 milyonluq əhalinin yüzdə 80-i virusa yoluxacaq və öldürücülük nisbəti yüzdə 1 faiz  olsa, 500 mindən çox insan öləcək. Bu İngiltərədə bir ildə ölən adam sayına bərabərdir. (milliyyət. com.tr)

Gecə yarısı ən yeni məlumatların gəldiyi ABŞ-da hadisə sayı 3 min 41-ə çatıb, ölənlər isə 60 nəfər olub. Ən çox hadisənin göründüyü əyalət olan Nyu- Yorkda bir gündə iki ölüm hadisəsi reallaşıb.

Epidemiyanın Avropadakı mərkəzi sayılan İtaliyada bir gündə 175 insan can verib, həyatını itirənlərin sayı 1441-ə yüksəlib. İtaliyada əsl ürküdücü inkişaf isə, bir gündə 3 min 497 insana koronavirusun yoluxması olub. Hazırda ölkədə 21 min 157 xəstə var.

Beynəlxalq xəbər agentlikləri, balkon və damlardam mahnı oxuyan insanların şəkillərini dünyaya yayıb.




İtaliyada mahnı oxumaqla yanaşı pəncərələr, balkonlara asılan "Tutto Andra Bene!" şüarı. Yəni, "Hər şey gözəl olacaq!"

Karantin qaydalarına əməl edilmədiyini və insanların evlərində qalmalarını istəyən tibb bacıları, "Qorxuruq. Sizə gülümsəsək də qorxuruq. Ailələrimiz var, eynilə sizin kimi. Lütfən problemləri çətinləşdirməyin. Daha çoxunu edə bilmərik, bezdik" mesajını paylaşıblar.



İngiltərədə koronavirusün zaman içində əhalinin böyük qisiminə yoluxması, beləcə xalqın "kütləvi immuniteti" inkişaf etdirməsini planlayır. Hökumət, beləcə xalqın hər il mutasiyaya uğrayaraq qrip kimi təkrar xəstələnməehtimalı olan bu virusa qarşı  immunitet inkişaf etdirməsinə ümid edir.

İngilis hökumətinə görə, virusun yayılmasını maneə törədən ölkələrdə xalq belə bir immunitetə sahib olmayacaq. Hökumətin İngiltərədə fokuslandığı nöqtə, virusun bütün xalqa bir anda deyil, tədricən yoluxmalı , beləcə sağlamlıq xidmətlərində bir anda yüklənmə yaşanmamasıdır.

Turan