Maskalar virusdan qorumaz! 

Dünya Səhiyyə Təşkilatının Türkiyə ofisinin proqram idarəçisi prof. Dr. Toker Ergüder suallara cavab verir

Koronavirus tənəffüs yoluyla yoluxmasın deyə çox adam özünü, ağızına taxdığı maskalarla qorumağa çalışır. "Maska taxmaq koronavirusdan qoruyurmu?" sualına baxın, Dünya Səhiyyə Təşkilatının Türkiyə ofisinin proqram idarəçisi prof. Dr. Toker Ergüder nə cavab verib?

Epidemiyala əlaqədar ictimai mediada və internet mühitində yer alan bir çox məlumatın səhv olduğunu ifadə edən prof. Dr. Ergüder, "Məsələn, ev heyvanlardan yoluxarmı? Yoluxmaz. Çindən gələn paketlərdə virus ola bilərmi? Olmaz. Antibiotiklər işə yarayarmı? Antibiotiklər işə yaramaz, antibiotiklər bakteriyalara qarşıdır, amma bu virusdur. Onlar da bir işə yaramaz. Bizə soruşulan başqa bir sual, "Bu maskalar qoruyarmı?". Maskalar sizin başqasından virusa yoluxmanıza əngəl törətmir. Maskalar, xəstəliyinizin damcı yoluyla başqalarına yoluxmasını önləyir. Ona görə biz ümumi cəmiyyətə maska taxmağı çox təklif etmirik. Bir adamın əgər xəstəliyi varsa, ya da belə bir şübhə varsa, onlarla çox yaxın təmasda olmamaq lazımdır" deyə fikirlərini istifadə edib.

Turan