Rusiyanın Saratov vilayətində azərbaycanlıların olduğu avtobus qəzaya düşüb.
“RİA Novosti”nin Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə İdarəsinə istinadən verdiyi xəbərə görə, qəza Bakıdan Dağıstana, oradan da Samara şəhərinə gedən nəqliyyat vasitəsində baş verib.
Azərbaycan və Qazaxıstanın 30 vətəndaşının olduğu “Mercedes” markalı avtobus idarəetməni itirərək, yol kənarındakı maneəyə çırpılıb.
Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə xilasedicilər, yol polisləri və digər müvafiq qurumlar cəlb edilib.
Bir müddət sonra yolda hərəkət bərpa olunub.