Türkiyədən gətirilən ədviyyatlarda kif göbələyi aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirir.

"Sherg.az" Lent.az-a istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində “Al Market” Məhdud Məsuliyyətli Cəmiyyətin Türkiyədən ölkəmizə idxal etdiyi zirə və qara istiot məhsullarına qurumun müfəttişləri baxış keçirib.

İdxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 420 kq zirə və 180 kq qara istiot məhsullarında kif göbələyi aşkar edilib.