Kəlbəcərdə iki hərbi qulluqçumuz həlak oldu - RƏSMİ

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.