Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

APA-nın Müdafiə Naziriliyinə istinadən verdiyi məlumata görə, hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.