Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya başsağlığı verib.
APA-nın xəbərinə görə, Mövlud Çavuşoğlu bu barədə "Twitter"də paylaşım edib.
"Kahramanmaraşda yanğının qarşısının alınması zamanı baş verən faciəli təyyarə qəzasında türk və rus ekipajının itkisi xəbərinə dərindən kədərləndim. Millətimizin başı sağ olsun, Rusiya xalqına da başsağlığı veririk. Onların qəhrəman fədakarlıqları unudulmayacaq", - Türkiyə XİN başçısı bildirib.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş vilayətində baş verən meşə yanğınına müdaxilə edən Rusiyanın "Be-200" təyyarəsinin bütün ekipaj üzvləri həlak olub. Təyyarənin göyərtəsində səkkiz nəfər ekipaj üzvü olub: beş Rusiya hərbiçisi və yanğınların söndürmə mərkəzlərini göstərən üç Türkiyə nümayəndəsi.