Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və azərbaycanlı sülhməramlıların birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.
Politoloq İlqar Vəlizadə oradakı hərbçilərimizin bundan sonrakı fəaliyyətinə dair “Sherg.az”a danışdı:
“Artıq Əfqanıstanda hansısa sülhməramlı missiyaya ehtiyac yoxdur. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Pakistana səfəri zamanı həmkarına demişdi ki, biz Kabil aeroportunu nəzarətdə saxlamağa hazırıq, amma bu, əsgərlərimizin canı bahasına başa gəlməməlidir. Düzdür, indiyədə kimi sülhməramlıların həyatı təhlükədə idi. Amma bu, hesablanmış təhlükə idi. Artıq vəziyyət nəzarətdən çıxıb. ABŞ və rus qoşunları da ölkəni tərk ediblər. Deməli, Azərbaycan və türk sülhməramlılarının fəaliyyətinə də hansısa əsas yoxdur”.