Generalımız Moskvada:“Səfərin indi baş tutması…”

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu", İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edir.



Məsələ barədə “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyevin fikrincə, səfərdə başqa məsələlər gündəmə gəlməyəcək:

“Nizam Osmanov bir neçə ildir ki, komandamızı sözügedən yarışa hazırlaşdırır.
Bu mənada səfərin indiki məqamda baş tutması təbiidir. Bunun sərhəddəki vəziyyətlə əlaqəsi yoxdur.

Nizam Osmanov belə məsələləri müzakirə edəcək kadr deyil”.