UNİCEF: "Taliban" qızların məktəbə getməsinə icazə verəcək"


“Taliban” hökuməti yaxın zamanlarda Əfqanıstanın bütün ərazisində qızların məktəbə getməsinə icazə verəcəklərinə söz verib”.

“Report” TASS-a istinadən bildirir ki, bunu ötən həftə Əfqanıstanın paytaxtı Kabilə səfər edən UNİCEF-in icraçı direktorunun müavini Ömər Abdi deyib.

O, BMT-nin qərargahında jurnalistlərin suallarını cavablandırarkən söyləyib: “Gözlədiyimiz hər gün, məktəbə getməyən qızlar üçün itirilmiş gündür”.

M.Abdi onu da qeyd edib ki, Əfqanıstanın 34 əyalətindən 5-də - Balx, Cövzcan, Samangan, Kunduz və Uruzqan - qızların orta məktəbə getməsinə icazə verilib.