Qumbara partlayışı nəticəsində erməni hərbçilər yaralandılar - VİDEO

Ermənistanın Azərbaycanla sərhədində yerləşən Göyçə vilayətinin Başkənd rayonunda partlayış baş verib. 
Məlumatlara görə, hərbi məntəqələrdən birində qumbara partlayıb.
Hadisə nəticəsində dörd erməni hərbçi yaralanıb.
Yaralılar hospitala yerləşdiriliblər.