Bəzi kütləvi informasiya vasitələrində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qadınların yerləşdirildiyi palatada tavanın uçması ilə bağlı məlumat yayılıb.
Qeyd edilib ki, hadisə nəticəsində xəstələr digər palataya köçürülüblər.
İnstitutdan Oxu.Az-a verilən məlumata görə, tavanın uçması və xəsarət alanların olmasına dair yayılan məlumatlar əsassızdır.
Bildirilib ki, sadəcə yağışla əlaqədar palatanın tavanında su sızıntısı olub. Buna görə də xəstələr digər palataya köçürülüb.