Qızıl amnistiya: Zəfər günü böyük əfv gözlənilir

Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsinin parlamentin noyabrın 5-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.

Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu "Şərq"ə açıqlamasında bunu qızıl amnistiya kimi dəyərləndirib. Hüquq müdafiəçisi hesab edir ki, bu amnistiya aktı daha çox insana şamil olunacaq:

 "Ümid edirəm ki, siyasi motivlərlə tutulanların da adları ora düşə bilər. Siyasi məhbuslardan başqa bizdə bilirsiniz ki, minlərlə insan var ki, dəqiq araşdırılmayaraq həbs ediliblər. Hesab edirəm ki, həmin şəxslərin bir çoxunun üzərindən o maddələr götürülə bilər. Əgər şəxs 9 il iş alıbsa, bunun 5 ili götürülə bilər. Yəni böyük bir ümidlərimiz var. İnşallah, qələbə gününə o ümidimiz puç çıxmaz".