Güclü külək Bakıda bir sıra fəsadlar törədib

Güclü külək Bakıda bir sıra fəsadlar törədib.
"Report"un xəbərinə görə, hadisə Yasamal rayonu, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaxınlığında qeydə alınıb.
Belə ki, güclü külək nəticəsində ağac yol kənarında dayanmış avtomobillərin üzərinə aşıb. Avtomobillərə ciddi ziyan dəyib.