Nazirdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO


İqtisadiyyat naziri Mikayıl Cabbarov 12 Noyabr - Konstitusiya Günü münasibətilə bağlı təbrik ünvanlayıb. 

Nazir bununla bağlı “Facebook” hesabında paylaşım edib. 

Paylaşımda deyilir:

“Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya sivil dəyərlərə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə əsaslanan Ali Qanunvericilik Aktıdır. Əlamətdar bayram - Konstitusiya Günü münasibətilə hər kəsi təbrik edir və dövlətimizin davamlı tərəqqisi yolunda uğurlar arzulayıram”.