Ukraynanın Aİ-yə üzvlük müraciəti yaxın günlərdə müzakirə olunacaq - Avropa Şurasının rəhbəri

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Ukraynanın Avropa İttifaqına üzvlük müraciətinin yaxın günlərdə müzakirə olunacağını bildirib.

Trend-in məlumatına görə, bu barədə Ş.Mişel öz "Twitter" səhifəsində yazıb.

Ş.Mişel vurğulayıb ki, həmrəylik, dostluq və Aİ-nin Ukraynaya misilsiz yardımı “sarsılmazdır”:

"Yaxın günlərdə Ukraynanın üzvlük müraciətini müzakirə edəcəyik".