Rusiya-Ukrayna danışıqlarında kiçik müsbət irəliləyiş var - YENİLƏNİB

 

"Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında kiçik müsbət irəliləyiş var".
Sherg.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

Podolyak əlavə edib ki, atəşkəs və təhlükəsizlik təminatı ilə yanaşı, əsas siyasi məsələlər üzrə intensiv məsləhətləşmələr davam etdirilib.