14 ildən sonra polkovnik-leytenanta ŞƏHİDLİK statusu verildi - FOTO

Pilot Polkovnik-leytenant Fəxrəddin Əsgərova 14 ildən sonra şəhidlik statusu verilib.
"Sherg.az"xəbər verir ki, bu barədə şairə-yazar Səbinə Yusif özünün feyzbuk səhifəsində paylaşım edib.
Həmin paylaşımı təqdim edirik:
"Biz Cənab Ali Baş Komandanın ədalətli qərar verəcəyinə, vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısına inanırdıq. Biz dövlətimizin qanunlarına inanırdıq. Ədalət zəfər çaldı. Bu haqqın səsidir, yer üzündə ucaldı. 14 ildir Şəhidlik statusu almayan qəhrəman eloğlumuz öz haqqına çatdı. Polkovnik-leytenant Fəxrəddin Əsgərova Şəhidlik statusu verildi. Bu yolda bizimlə birgə addımlayan, polkovnik-leytenant Fəxrəddin Əsgərovu unutmayan hər kəsə təşəkkür edirəm! Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə xüsusi olaraq təşəkkür edirəm. Bizim ədalətli Prezidentimiz, biz Sizə inanırdıq, biz Sizə güvənirdik. Sizə sonsuz təşəkkür edirəm. Hər zaman olduğu kimi, yenə də ədaləti bərpa etdiniz. Sizinlə fəxr edirik, Cənab Prezident! Cənab Prezident İlham Əliyev, sizə öz adımdan, qazaxlılar adından, Fəxrəddin Əsgərovun tələbələri adından, Şəhidimizin doğmaları, ailəsi adından təşəkkür edirəm".

Qeyd edək ki, 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak olub. Ə.Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun meyitini tapmaq mümkün olmayıb. Onu da qeyd edək ki, Fəxrəddin Əsgərov Türkiyədə Hava Harp Okulunu qırmızı diplomla bitirib. O, öz dövrü üçün Azərbaycanda ən çox uçuş saatına malik olub.