Türkiyə Prezidenti Ərdoğan Yunanıstanın Baş naziri Miçotakisi qəbul edib - FOTO - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi qəbul edib.

APA Anadolu agentliyinə istinadla bildirir ki, media üçün qapalı keçirilən görüş İstanbulda baş tutub.

Bununla bağlı Türkiyə Prezidenti Administrasiyasından açıqlama verilib.

Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər, o cümlədən geosiyasi proseslər və Rusiya-Ukrayna böhranı müzakirə olunub.

***

13:09

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın baş naziri Kiryakos Miçotakisi qəbul edəcək.

APA Anadolu agentliyinə istinadən bildirir ki, qəbul zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.

Rəsmi Ankara bildirir ki, bu gün baş tutacaq görüşdə ikitərəfli münasibətlərlə bağlı məsələlərin, eləcə də cari geosiyasi hadisələrin, regional və beynəlxalq məsələlərin, o cümlədən Rusiya-Ukrayna müharibəsinin qiymətləndirilməsi nəzərdə tutulur.