Bəzi məsələlər üzrə Rusiya və Ukraynanın mövqeləri bir-birinə yaxınlaşıb - Çavuşoğlu

Danışıqlar zamanı Rusiya və Ukraynanın bəzi məsələlərdə mövqeləri bir-birinə yaxınlaşıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumunda çıxışı zamanı deyib.

"Onlar arasında ciddi danışıqlar davam edir. Türkiyə neytral ölkə olaraq hər iki tərəfə etimad edir. Status məsələləri var, istər Ukraynanın NATO-ya üzv olması, istər neytrallıq siyasəti və s. Bəzi məsələlərdə onların mövqelərinin yaxımlaşdığını görürük", - deyə M.Çavuşoğlu bildirib.