Əli Əsədov: “Bu il 40 min hektardan çox ərazinin minalardan təmizlənməsi planlaşdırılır”

“Bu il 40 min hektardan çox ərazinin minalardan təmizlənməsi planlaşdırılır”.

“Report”un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərin kənd təsərrüfatı potensialı da Azərbaycanın inkişafı üçün mühüm əhəmiyyət daşıyır:

 “Azad edilmiş ərazilərin 100 min hektarında əkin işləri aparılması ilə bağlı Prezident tərəfindən tapşırıq verilib”.