Deputat hökumətə çağırış: “Bakı-Quba yolu bərbad vəziyyətdədir”

“Bakı-Quba yolu bərbad vəziyyətdədir. Bu yolla gediş-gəliş ümumiyyətlə qeyri-mümkündür”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.

“Yolun bərbad olmasına görə şimal bölgəsinə gedən turistlərin sayı kifayət qədər azalıb. Mən bu yolun təmiri ilə əlaqədar aidiyyəti qurumlarla müzakirə aparıram. Onlar deyirlər ki, alternativ yol çəkilir. Ancaq o yol hələ gec istifadəyə veriləcək”, - deyə Vahid Əhmədov əlavə edib.

Millət vəkili parlamentin iclasında iştirak edən Baş nazir Əli Əsədova müraciət edərək deyib ki, mövcud yolun təmirinə diqqət yetirilməlidir.