SON DƏQİQƏ: Rusiya ilə Ukrayna arasında təməl mövzularda razılaşma var - Çavuşoğlu

"Putin  - Zelenski görüşünün Türkiyədə olmasını istəyirik, amma əhəmiyyətli olan iki liderin dünyanın harasında olursa, olsun bir araya gəlməsidir"

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu açıqlamalar verib. Sherg.az xəbər verir ki, nazir Ukrayna və Rusiya arasındakı müzakirələrdə dönüş olduğunu vurğulayaraq, iki ölkənin təməl mövzularda razılaşmağa yaxın olduqlarını söyləyib:

"2014-cü ildə Krımın ilhaqı ilə bağlı ən böyük reaksiyanı verdik. İmkan olduğunda Suriya və Livya kimi zorlu məsələlərdə də səsimizi eşitdirməyə çalışdıq.
Ukrayna ilə çox yaxınlaşdıq. Böyük qarşıdurma olmaması üçün çox məşğul olduq. Rusiya ilə əlaqələrimiz haqqı müdafiə etməmizə mane olmadı.
Daimi atəşkəs üçün çalışırıq. Yanğın söndürülməsə bu hər kəsə təsir edər. Təməl mövzularda razılaşmaya yaxınıq. Rusiya-Ukrayna arasındakı müzakirələrdə dönüş var.
Hörmətli Putin və hörmətli Zelenskini bir araya gətirmək üçün  işlərimiz davam edir. Bunun Türkiyədə olmasını istəyirik. Amma əhəmiyyətli olan iki liderin dünyanın harasında olursa, olsun bir araya gəlməsidir.
Türkiyənin uğurlu xarici siyasəti davam edir. Brüsseldə dövlət başçımızın liderliyində NATO toplantısına qatılacağıq. Bu gün Şərqdə varıq, Qərbdə də varıq. Biz dünyanın ümidiyik. Bu səbəbdən dünyanın hər yerində olmağa davam edəcəyik. Çünki biz qədim bir mirasa sahibik.
Əcdadımız səfərə gedərək barış apardısa, biz də indi eynisini edirik. AKP- də fəaliyyət göstərmək əvvəl məsuliyyətləri boynuna götürmək deməkdir. "