Ukraynada 10 milyon insan evlərini tərk edib

Ukraynadakı münaqişə nəticəsində 10 milyon insan evlərini tərk edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (BMT QAK) Filippo Qrandi tviter hesabında məlumat verib

“Dünyanın hər yerində müharibə aparanların məsuliyyətləri arasında evlərini tərk etməyə məcbur olan mülki əhalinin çəkdiyi əzablar da var”, - deyə Filippo Qrandi vurğulayıb.

O əlavə edib ki, qaçan 10 milyon əhali ya Ukrayna daxilində köçkün olub, ya da xarici ölkəyə qaçıb.