Gürcüstanın dövlət naziri azərbaycanlıları təbrik edib


Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bayramı baharın gəlişinin və həyatın yenilənməsinin rəmzi olduğunu bildirib.

“Sizə əmin-amanlıq, firəvanlıq və xoşbəxtlik arzu edirəm”, - təbrikdə deyilir.

Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Novruz bayramı münasibətilə Marneuliyə səfər edəcəyi gözlənilir. O, şəhər mərkəzində təşkil olunacaq bayram tədbirinə qatılacaq və soydaşlarımızı təbrik edəcək.