Ermənilər ordumuzdan yardım istəyir


Xankəndi yenidən qazsız qalıb.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, Qarabağdakı separatçılar Rusiyanın ərazimizdə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin rəhbərliyinə müraciət edərək Azərbaycan Silahlı Qüvvələri ilə əlaqə saxlanmasını istəyiblər.

Onlar Xankəndinin təbii qazla təminatında yaranmış problemin aradan qaldırılmasında Azərbaycan hərbçilərindən yardım göstərilməsini xahiş edirlər.

Ermənistandan Xankəndinə gedən qaz boru kəmərində baş vermiş qəza hələ də aradan qaldırılmayıb, kəmər təmir olunmayıb.