Ali Rada: Rusiyanın hücumu nəticəsində 117 ukraynalı uşaq öldürülüb

Rusiyanın Ukraynaya hücumu nəticəsində 117 ukraynalı uşaq öldürülüb, 155-i yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Ali Radasının “Twitter”dəki paylaşımında qeyd olunub. Bildirilib ki, müharibə başlayandan martın 22-dək ən çox uşaq Kiyev (58), Xarkov (40) və Çerniqovda (31) öldürülüb.