Rusiya Azərbaycan və Türkiyənin vasitəçilik təklifinə cavab verib

Rusiya Ukraynadakı vəziyyətin diplomatik yolla nizamlanmasına töhfə verməyə hazır olduqlarını ifadə edən Türkiyə və Azərbaycan da daxil olmaqla hər kəsə minnətdardır.

Trend-in məlumatına görə, bunu brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nmayəndəsi Mariya Zaxarova deyib.

"Biz ölkələrin təklif etdiyi yardımdan heç vaxt imtina etməmişik. İndi biz bütün konstruktiv təklifləri nəzərdən keçiririk. Biz faydalı, effektiv təşəbbüslərə, ən azı hansısa nəticələrə gətirib çıxara biləcək təşəbbüslərə cavab veririk.
Digər tərəfdən, görüşlər naminə görüşlər və təşəbbüslər naminə təşəbbüslər də seçim deyil. Ona görə də konstruktiv olan hər şey nəzərə alınacaq.

Eyni zamanda, biz bu cür vasitəçilik və diplomatik nizamlanmaya kömək etmək üçün öz hazırlığını və seçimini ifadə edən hər kəsə minnətdarıq", - deyə M.Zaxarova bildirib.