Bayden Rusiyanın G20-dən xaric edilməsinə çağırıb

ABŞ Prezidenti Co Bayden Rusiyanın G20-dən xaric edilməsinin tərəfdarı olduğunu deyib.

Trend-in məlumatına görə, bu barədə C.Bayden Brüsseldə keçirilən mətbuat konfransı zamanı bildirib.

"Bəli. Bununla belə, qərar G20-nin özündən asılıdır", - deyə C.Bayden Ukraynada baş verən hadisələr fonunda Rusiya Federasiyasının G20-dən xaric edilməsi ideyasını dəstəkləyib-dəstəkləmədiyi barədə suala cavabında deyib.

"Əgər bunu etmək mümkün olmasa, o zaman biz Ukraynanı görüşə dəvət etməliyik", - deyə ABŞ Prezidenti bildirib.

0
Reklamınızı SmartBee ilə effektiv edin.Lll"Əgər bunu etmək mümkün olmasa, o zaman biz Ukraynanı görüşə dəvət etməliyik", - deyə ABŞ Prezidenti bildirib.