Bayden Ukraynanın müdafiə və xarici işlər nazirləri ilə görüşüb

ABŞ Prezidenti Co Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov ilə görüşüb.

“Report” xəbər verir ki, Varşavada keçirilən görüşə həmçinin ABŞ-ın müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də qatılıb.

Görüşdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Ukraynaya hərbi yardım məsələləri müzakirə edilib.