Rusiya ordusunun son itkiləri AÇIQLANDI

Ukrayna tərəfi Rusiya silahlı qüvvələrinin hərbi itkilərinin sayını açıqlayıb.
Bu barədə məlumat Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində dərc edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 17 000-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.
Bundan əlavə, Rusiya ordusunun 586 tankının, 1694 zirehli döyüş maşınının, 302 artilleriya sisteminin, 123 hərbi təyyarəsinin, 66 dronunun məhv edildiyi vurğulanır.