Bir neçə şəhərin Baş planı təsdiq edildi

Azərbaycanın dörd şəhərinin Baş planı təsdiq olunub.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.
Qərarla Saatlı, Sabirabad, Şabran və Kürdəmir şəhərlərinin 2038-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edilib.