Prezident Vahid Əhmədovu təltif etdi


V.Q.Əhmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bu barədə Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Qazməmməd oğlu Əhmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilir.