Ukrayna rəsmisi: “Putin-Zelenski görüşü Türkiyədə keçirilə bilər”


Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş böyük ehtimalla Türkiyədə keçiriləcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Ukrayna tərəfinin danışıqlar heyətindən bildirilib.

Ukrayna tərəfi bu görüşə artıq hazır olduğunu qeyd edib.