BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri partlayışla bağlı başsağlığı verib

“Dünən Bakıda baş vermiş faciəvi partlayışda yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalması diləyirik”.

APA bildirir ki, bu barədə BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladanka Andreeva "Twitter" hesabında paylaşım edib.